Gündǝlik hǝyatımızın bir hissǝsinǝ çevrilǝn suriyalı qaçqınlar

Türkiyǝnin hǝr yǝrindǝ artıq suriyalarla qarşılaşmaq gündǝlik hǝyatın bir hissǝsinǝ çevrilib.

347699
Gündǝlik hǝyatımızın bir hissǝsinǝ çevrilǝn suriyalı qaçqınlar

Türkiyǝnin hǝr yǝrindǝ artıq suriyalarla qarşılaşmaq gündǝlik hǝyatın bir hissǝsinǝ çevrilib.
Ölǝcǝyi qorxusu ilǝ ev-eşiyini, vǝtǝnini tǝrk edib Türkiyǝyǝ sığınan biçarǝ 2 milyon suriyalı artıq gündǝlik hǝyatımızın içǝrisindǝdir.
Türkiyǝdǝ qeydiyyatda olan suriyalı sayı bir milyon 972 min 65 nǝfǝrdir. Baş Nazirlik Fövqǝladǝ Hallar İdarǝsi Sǝdrliyinin rǝqǝmlǝrinǝ ǝsasǝn bunun 259 min 187-si Hatay, Qaziantǝp, Şanlıurfa, Kilis, Mardin, Kahramanmaraş, Osmaniyǝ, Adıyaman, Adana vǝ Malatya şǝhǝrlǝrindǝ yerlǝşǝn düşǝrgǝlǝrdǝ yaşayır. Türkiyǝdǝ 10 ildǝ cǝmi 25 düşǝrgǝ salınıb. Bu düşǝrgǝlǝrǝ isǝ Fövqǝladǝ Hallar İdarǝsi nǝzarǝt edir.
Türkiyǝyǝ qaçış necǝ başladı?
“Әrǝb baharı”nın sǝbǝb olduğu xalq üsyanları 2011-ci il mart ayında Suriyada baş verdi. Rejimin üsyanların qarşısını zorakılıqla almasına görǝ ölkǝ bir anda hǝrb meydanına çevrildi.
Hǝmin ilin aprel ayının 29-da 400-ǝ yaxın Suriya vǝtǝndaşı hǝr şeylǝrini arxalarında buraxıb Türkiyǝnin Hatay vilayǝtinin Yayladağı qǝsǝbǝsindǝki Cilvǝgöz keçid mǝntǝqǝsinǝ gǝlib sığındı.
2011-ci ildǝki köç 10 min adamla mǝhdud qaldı. 2012-ci ilin sonunda isǝ bu rǝqǝm 140 minǝ çatdı. Suriyadakı vǝtǝndaş müharibǝsinin şiddǝtlǝnmǝsi ilǝ milyonlarla suriyalı canını xilas edǝ bilmǝk üçün irq vǝ yaxud da din fǝrqi qoymadan qapılarını sonuna qǝdǝr açan Türkiyǝyǝ sığındı.
Türkiyǝdǝ yaşayan suriyalılar
Türkiyǝ hal-hazırda müvǝqqǝti qoruma sistemi tǝtbiq edǝn yeganǝ ölkǝdir. Bu çǝrçivǝdǝ 2 milyona yaxın suriyalı qeydiyyata salınıb.
Qaçqınlara müvǝqqǝti vǝsiqǝ verilir. Bu vǝsiqǝyǝ sahib olanlar hǝmin zamanda sǝhiyyǝ vǝ tǝhsil xidmǝtlǝrindǝn dǝ istifadǝ edǝ bilir. Türkiyǝnin rǝsmi olaraq tǝsvir etdiyi tǝrzdǝ yǝni “qonaq etdiyi” suriyalılar üçün son 4 ildǝ 5,6 milyard dollar xǝrclǝnib. Türkiyǝnin bu sǝviyyǝdǝki kömǝkliyi qarşısında beynǝlxalq yardım 400 milyon dollar olub.
Avropada ciddi panika
Türkiyǝdǝ sığınacaq imkanı tapanlar çoxlu sayda suriyalı ilǝ müqayisǝdǝ şanslıdır. Çünki artıq çoxlu sayda suriyalı Avropaya köç etmǝk üçün hǝr şǝyini vǝ ümumi mǝnada da canını insan qaçaqçılarına tǝslim edir. Keçǝn günlǝrdǝ Muğla vilayǝtinin Bodrum qǝsǝbǝsindǝ sahilǝ gǝlib çıxan 3 yaşındakı suriyalı Aylan Kurdinin nǝşi bu faciǝni bir daha göstǝrdi. Türkiyǝ rǝsmi olaraq ǝn yüksǝk sǝviyyǝdǝ Avropa İttifaqına çağırış etdi. Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan çağırış edǝrǝk demişdir ki, bu körpǝnin hesabını bütün insanlıq vermǝyǝcǝkmi? Avropa ölkǝlǝri hǝlak olan hǝr qaçqının günahına şǝrikdir.
Avropa İttifaqı 3 ildir lazım olan hǝssaslığı göstǝrmǝdiğindǝn suriyalı qaçqınlar mǝsǝlǝsi qarşısında nizamsız köç axının Avropaya üz tutması qarşısında mövqeyindǝ dǝyişiklik edilmǝsi mǝsǝlǝsini gündǝmǝ gǝtirdi. Ancaq son baş verǝnlǝr belǝ Avropanın siyasǝtlǝrindǝ ciddi sǝviyyǝdǝ dǝyişikliyǝ sǝbǝb olmadı. İttifaq hǝlǝ dǝ az sayda qaçqını qǝbul etmǝk üçün cǝhd göstǝrir.
Köç dalğası İttifaqın sǝyahǝt başda olmaqla ǝsas siyasǝtlǝrini sarsıtdı. Qaçqın axınını dayandıra bilmǝyǝn Avropa İttifaqı ǝn yüksǝk sǝviyyǝli yığıncaqlarda da bir nǝticǝ ǝldǝ edǝ bilmǝdi.
Avropa qitǝsinǝ çoxlu sayda qaçqın qǝbul etmǝk istǝmǝyǝn ölkǝlǝr qaçqın qǝbul edǝn ölkǝlǝrǝ maddi kömǝklik göstǝrmǝyi tǝklif etdi.
Baş nazir Әhmǝd Davudoğlu BMT-nin toplantılarına qatılmaq mǝqsǝdilǝ getdiyi Nyu-Yorkdan Türkiyǝnin cavabını vǝ mǝsǝlǝnin hǝlli yolu ilǝ bağlı tǝklif verǝrǝk dedi ki, Avropa İttifaqı 1 milyard avroluq yardım tǝklif etdi. İlk planda maliyyǝ dǝstǝk fondlarından verǝyin deyirlǝr. Bunu qǝbul etmirik. Konteyner şǝhǝrciyi tǝrzindǝ, hǝtta daha daimi şǝkildǝ Cerablus/Azez arası bolaşsa hǝrǝsi 100 min nǝfǝrlik 3 şǝhǝr sala bilǝrik. Biz bunu Vanda baş verǝn zǝlzǝlǝ zamanı reallaşdırdıq. Bunun xǝrcini Avropa İttifaqı üzǝrinǝ götürǝcǝk, tikinti işlǝrini isǝ biz görǝcǝyik. Türkiyǝdǝ hǝbs düşǝrgǝlǝri kimi bir şǝyi qǝbul etmǝrik.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr