Müalicә vә Turizm Diyarı Türkiyә 40 / 2014

Çorum şəhəri

156257
Müalicә vә Turizm Diyarı Türkiyә 40 / 2014

Hər həftə olduğu kimi “TRT Türkiyənin Səsi” radiosunda
sizə Türkiyənin turizm və tibb turizmi mərkəzlərindən bəhs etməyə davam
edirik. Bu gün tanıdacağımız yer isə Orta Anadolu bölgəsində yerləşən Çorum şəhəridir.
Əsrlərdir fərqli mədəniyyətlərin beşiyi olmuş Çorum, qədim Anadolu mədəniyyətini davam etdirən şəhərlərdən biridir. Roma dövrünə aid qaya məzarları, şəhər mərkəzindəki məscidləri və tarixi Çorum evləri ilə məhşur şəhərin əsas tarixi mirası Boğazqala kəndində yerləşən qədim “Hattuşa” şəhəridir. Bura Misir kimi qədim tarixə malik Het dövlətinin paytaxtı idi. E.ə 2000-ci illərdə Anadoluya gəlib Çorumda məskunlaşan Hetlər burada ilk təşkilatlanmış dövlət sistemi qurublar. Bu dövlət malik olduğu hüquq sistemi, ticarət biliyi, mədəniyyət və sənət anlayışı ilə Anadolunun ən qədim dövləti idi və bu səbəbdən paytaxt Hattuşa 1986-cı ildə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib. 19-cu əsrin sonunda Hattuşada başlayan arxeoloji qazıntılar hələ də davam edir. Tapılan hər əsər Het dövrünə və qədim dünya tarixinə aid yeni məlumatları ortaya çıxarır. Dünyanın ən qədim beynəlxalq müqaviləsi sayılan “Kadeş müqaviləsi”nin kitabələri burada aşkar edilib. Bu müqavilə Misir və Het dövləti arasında baş verən Kadeş döyüşündən sonra bağlanıb. Müqavilənin əslinin olduğu gümüş lövhələrdəki mətn dağılsa da, gil üstünə yazılan nüsxəsi tarixin o dövrünə işıq tutur. Bu səbəblə qazıntılarda tapılan 2 metr hündürlüyə malik digər mis nüsxə New-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının binasında asılıb.
“TRT Türkiyənin Səsi” radiosunda proqramımız davam edir. Boğazqala kəndində yerləşən qədim Hattuşa şəhəri dövrünün əsas paytaxt şəhərlərindən biri idi. Qədim tarixə malik məbədləri, kral evlərini, qala divarlarını günümüzdə də görmək mümkündür. Hattuşanın əsas yeri şəhərdən 2 km uzaqda yerləşən Yazılıqaya açıq hava məbədidir. Yüksək qayaların üstünə 90-dan çox tanrı, heyvan və abstrak şəkillər əks olunub. Burada dini mərasimlər, yeni il, bahar şənlikləri təşkil olunurdu.
Burada yerləşən digər açıq hava muzeyi Alacahöyük, şəhərdən 45 km cənub-qərbdə yerləşir. Tunc və Het dövrünün əsas dini mərkəzi sayılan və Cümhuriyyət dövründə ilk arxeoloji qazıntıların başladığı Alacahöyükdə 4 fərqli mədəniyyətin izləri aşkar edilib. Anadoluda oxşarı tapılmayan 13 kral məzarı burada tapılıb. Məzarlarda qızıl və gümüşdən düzəldilmiş qablar, bəzək əşyaları, döyüş alətləri və Troya xəzinələrində belə tapılmayan maral və buğa heykəlləri aşkar edilib.
Bölgədə tapılan tarixi əsərlər Çorum muzeyində və Ankara şəhərindəki Anadolu Mədəniyyətləri Muzeyində nümayiş olunur.
Çorum şəhəri qədim Het dövlətinin qalıqları ilə yanaşı isti su qaynaqları ilə də məhşurdur. Onlardan ən məhşuru Çoruma 48 km, Mecitözü rayonuna isə 16 km uzaqda yerləşən Fiqani kəndinin isti su mərkəzidir. Keçmişdə adı “Beke” olan şəfalı su qaynağı Het və Roma dövründən bəri istifadə olunur. Sodium, bikarbonat, maqnezium tərkibli oliqametallı sular yer altından bədən tempraturuna yaxın yəni, 34-35 dərəcə istilikdə çıxır. Sularla müalicə həm içmək həm də çimmək vasitəsilə aparılır. Bu sularda vanna qəbul etmək yel, nevroloji və ürək xəstəliklərinin müalicəsinə faydalıdır. Fiqani termal mərkəzinin sularından istiliyi və kimyəvi xüsusiyyətləri səbəbilə içmək də olar. İçmə ilə müalicə maddələr mübadiləsində, bədəndən zərərli maddələrin sidik yolu atılmasında eləcə də pH dərəcəsinin düzəlməsində və asit maddələrdən əmələ gələn daşların düşməsinə faydalıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr