Müalicә vә Turizm Diyarı Türkiyә 35 / 2014

Qərbi Anadoluda, Gediz ovalığının bərəkətli torpaqlarında qurulan Manisa şəhəri tarix boyu bir çox mədəniyyətin beşiyi olub

134089
Müalicә vә Turizm Diyarı Türkiyә 35 / 2014

TRT “Türkiyənin Səsi” radiosunda hamınızı salamlayırıq. Türkiyənin turizm bölgələrini və tibb turizmini tanıtdığımız proqramımızda bu gün sizə Ege bölgəsində yerləşən Manisa şəhərindən bəhs edəcəyik.
Qərbi Anadoluda, Gediz ovalığının bərəkətli torpaqlarında qurulan Manisa şəhəri tarix boyu bir çox mədəniyyətin beşiyi olub. Tarixi e.ə 3000-cü illərə qədər uzanan şəhərdə Het, Friqiya, Lidiya, Makedoniya, Roma, Bizans, Səlcuqlu və Osmanlı mədəniyyətinin izləri var. Şəhər Osmanlı dövründə də əsas şəhər idi çünki şəhzadələr saraydan ilk olaraq bura göndərilirdi. Onlar taxta çıxmazdan əvvəl Manisa bölgəsində dövlət idarəçiliyini öyrənirdi.
Arxeoloji qazıntılarda əlverişli coğrafiyaya malik şəhərdə 20-yə yaxın antik şəhər aşkar edilib. Bunlardan ən məhşuru “Sardes” antik şəhəridir. Günümüzdə Manisanın Salihli rayonunda yerləşən şəhər e.ə 7-ci əsrdən bizim eranın 7-ci əsrinə qədər 1500 il bölgənin əsas şəhəri olub. Şəhər Lidiyi krallığının paytaxtı olduğu dövrdə məhşurlaşıb. Dünyada ilk pul vahidi Lidiyalılar tərəfindən Sardesdə çıxarılıb. İndiki qəpik pullar ilk dəfə burda e.ə 7-ci əsrdə çıxarılıb. Üstündə Lidiya kralığının gerbi olan pullar, Sardesin içindən keçən Paktalos çayının allüviallarında çıxan qızıl-gümüş qarışığından düzəldilib. Sonrakı dövrlərdə də bura əsas şəhərlərdən biri idi. Ellinimiz dövründə, Roma imperatoluğuna aid olan şəhər çox məhşur idi.
İndiki adı Sart olan bölgə tarixi əsərləri ilə yanaşı şəfalı suları ilə də məhşurdur. Bozdağın ətəklərində, Çamurhamamı kəndində yerləşən Sart termal bölgəsi xalq arasında “Palçıq hamamları” adlanır. Salihliyə 11, Manisaya 68 km uzaqda yerləşən termal bölgə, dünyanın ən qədim termal mərkəzidir. Arxeoloji qazıntılarda buranın Lidiya krallığı dövründən bəri mövcud olduğu aşkar edilib.
Kalsiyum, sodium bikarbonat, sulfid tərkibli sular həm çimmək həm də içmək üçün istifadə edilir. Sart suları yel, əsəb, dəri, nəfəs və qadın xəstəliklərinin müalicəsinə faydalıdır.
TRT “Türkiyənin Səsi” radiosunda sizə Manisa şəhərini tanıtmağa davam edirik.
Manisa şəfalı suları məhşurdur. Salihli rayonundakı Kurşunlu, Turqutlu rayonundakı Urqanlı, Demirci rayonundakı Hisar və Saraycık, Kula rayonundakı Emir və Soma rayonundakı Menteşe termal mərkəzi illərdir insanlara şəfa bəxş edir. Burda aparılan qazıntılarda termal mərkəzlərin antik dövrdən bəri istifadə edildiyi üzə çıxıb.
Manisanın Salihli rayonundakı Kurşunlu termal mərkəzi yaşıl təbiəti ilə piknik sevərlərin ən çox sevdiyi yerdir. Manisaya 65, Salihliyə 5 km uzaqda yerləşən Kurşunlu termal mərkəzi ölkənin əsas termal bölgəsidir. Bölgənin 52-96 dərəcədə istilikdə çıxan suları içmək və çimmək üçün istifadə edilir. Kalsium sulfat, bikarbonat, sulfat, hidrogen sulfid tərkibli sular yel, qadın , nəfəs , sinir, oynaq və əməliyyatlardan sonra yaranan xəstəliklərin müalicəsinə yaxşı təsir edir.
Şəhərin digər məhşur termal bölgəsi Urqanlı termal mərkəzidir. 17-ci əsrdə yaşamiş Türk səyyah Evliya Çələbi “Səyahətnamə” əsərində buranın adını çəkib. 1600-cü illərin axırlarında buraya gələn səyyah bölgə haqda “Buranın gözəl şəfalı suları insan bədəninə sağlamlıq bəxş edir” yazaraq ərazinin xüsusiyyətlərini əsrlər əvvəl qeyd edib. Urqanlı suları günümüzdə də insanlara şəfa bəxş edir. 50-78 dərəcədə çıxan bikarbonat, sodium və karbondioksid tərkibli sular sınıq, oynaq, eqzema, hemoroid, dəri və qadın xəstəliklərinin tamamlayıcı müalicəsinə faydalıdır.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr