İsrailin Qəzzaya hücumları davam edir

Qəzza zolağına edilən hücumlarda 19 minə yaxın fələstinli həlak olub. Yaralıların sayı isə 51 mini keçib.

2077738
İsrailin Qəzzaya hücumları davam edir

İsrail dünyanın gözü qarşısında soyqırım cinayəti törədir.

Qəzza zolağına edilən hücumlarda 19 minə yaxın fələstinli həlak olub. Yaralıların sayı isə 51 mini keçib.

İsrail ordusu sonuncu dəfə şimalda Cəbaliyeni hədəfə alıb. Qəzzanın Səhiyyə Nazirliyi hücumda 100 nəfərin öldüyünü açıqlayıb.

İsrail ordusu Qəzzanın Xan Yunis şəhərində Nasser xəstəxanasının uşaq şöbəsini vurub. Hücum sonrası müalicə görən çox sayda xəstə təxliyə olunmağa çalışılıb.

Tibb işçiləri mətbuata açıqlama verərkən İsrail əsgərləri Kemal Advan xəstəxanasının qarşısında atəş açıb.

İsrailin ağır bombardman etdiyi Qəzza zolağının şimalında yerləşən Beyt Lahya xarabalıq şəhərləri xatırladır.

İsrail ordusu Qəzzaya hücumları zamanı daha bir jurnalisti qətlə yetirib. Jurnalist Hanin əl-Kaştanın Nusayrat qaçqın düşərgəsindəki bombardmanda həyatını itirdiyi bildirilib.

İsrail snayperləri Qəzzada bir jurnalisti də hədəfə alıblar.

Ayağından yaralanan və vəziyyətini çəkdiyi video ilə paylaşan jurnalist Məhəmməd Bağluşa ilə əlaqə qurmaq mümkün olmayıb.

İsrail ordusu Qəzzada daha 3 əsgərin öldüyünü açıqlayıb və şəhid olan əsgərlərin sayının 122 olduğunu elan edib.

Girovların dəyişdirilməsi ilə bağlı danışıqlar üçün ciddi ictimai təzyiq altında olan İsrailin Baş naziri Benyamin Netanyahu yeni danışıqların yolda olduğunu açıqlayıb. Lakin Həmas Netanyahunu təkzib edərək deyib:

"Sionist təcavüzünə qəti son qoyulmadığı müddətcə müzakirə olmayacaq".



Әlaqәli Xәbәrlәr