İsrail “Refah” və “Kerem Əbu Səlim” sərhəd-buraxılış məntəqələrini bağladı

İsrailin “Refah” və “Kerem Əbu Səlim” sərhəd-buraxılış məntəqələrini  13 gün müddətinə bağladığı, 3 min humanitar yardım maşınının Qəzzaya daxil olmasına mane olduğu bildirilib.

2141418
İsrail “Refah” və “Kerem Əbu Səlim” sərhəd-buraxılış məntəqələrini bağladı

İsrailin “Refah” və “Kerem Əbu Səlim” sərhəd-buraxılış məntəqələrini  13 gün müddətinə bağladığı, 3 min humanitar yardım maşınının Qəzzaya daxil olmasına mane olduğu bildirilib.
Qəzzada hökumətə tabe olan media ofisindən verilən yazılı açıqlamada İsrailin ''Rəfah'' və ''Kerem Əbu Səlim'' sərhəd-buraxılış məntəqələrini  bağlamağa davam etməsi ilə şimal bölgələri başda olmaqla Qəzzada qıtlığın yenidən başladığı bildirilib.
Açıqlamada İsrailin iki sərhəd-buraxılış məntəqələrini ardıcıl 13 gün bağlı saxlayaraq 3 min yardım maşınının Qəzzaya daxil olmasına mane olduğu, 690 xəstə və yaralının isə müalicə üçün xaricə getməsinin qarşısı alındığı bildirilib.
Sərhəd-buraxılış məntəqələrinin bağlı saxlanmasının mövcud dərin humanitar böhranı ikiqat artırdığına diqqət çəkən bəyanatda həmçinin bu ifadələrə yer verilib: "ABŞ rəhbərliyi, Avropa İttifaqı və beynəlxalq ictimaiyyət soyqırımın qarşısının alınmasında üzərinə düşən vəzifəni yerinə yetirmədi. Aclıq və mühasirə siyasəti beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn qaydalarını açıq şəkildə pozur. ABŞ administrasiyası, Avropa İttifaqı və beynəlxalq ictimaiyyət soyqırım müharibəsinin davam etdirilməsinə görə məsuliyyət daşıyır''.

Açıqlamada bütün ölkələr və beynəlxalq təşkilatlara səkkiz aydır davam edən bu qətliamı dayandırması üçün İsrailə təzyiq göstərmələri  və sərhəd-buraxılış məntəqələrinin açılması ilə bağlı öhdəliklərini yerinə yetirmələri ilə əlaqədar çağırış edilib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 15 103-ü uşaq və 9 849-u da qadın olmaqla 35 386 fələstinlinin həyatını itirdiyini,  79 366 fələstinlinin də yaralandığını açıqlamışdı. 



Әlaqәli Xәbәrlәr