Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bu adamların həbsini istədi

Beynəlxalq Cinayət Məhkəməsindən verilən yazılı açıqlamaya görə ...

2141853
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bu adamların həbsini istədi

 

  Beynəlxalq Cinayət Məhkəməsinin (İCC) baş prokuroru Kərim Xan İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qallanta həbs orderi verilməsi üçün müraciət edib.

  Məhkəmədən verilən yazılı açıqlamaya görə, baş prokuror İsrailin baş naziri B.Netanyahu və müdafiə naziri Y.Qallantdan başqa, Fələstin müqavimət hərəkatı “Həmas” Siyasi Bürosunun başçısı İsmayıl Həniyə, büronun Qəzzadakı məsulu Yəhya Sinvar və “Həmas”ın hərbi qanadı İzəddin əl-Qəssam hərbi birliklərinin komandiri Məhəmməd əl-Dayfın həbsi üçün də order istəyib.

  Xatırladaq ki, İzzəddin əl-Qəssam birlikləri 2023-cü ilin 7 oktyabr səhəri İsrailin “Fələstinlilər və onların müqəddəs dəyərlərinə, xüsusən də Əqsa məscidinə qarşı davamlı pozuntuları”na cavab olaraq hərtərəfli hücuma keçib. İsrail ordusu da hərbi əməliyyatlara başlayaraq Qəzza zolağına intensiv hava zərbələri endirib. Qarşılıqlı hücumlar nəticəsində 1200 israilli, 604 əsgəri ölüb, 5132-i yaralanıb, 36 minə yaxın fələstinli qətlə yetirilib.

 



Әlaqәli Xәbәrlәr