İsraildə müharibə vəziyyəti elan edildi

İsrail Baş Nazirliyi Mətbuat Xidmətinin verdiyi məlumata görə ...

2047895
İsraildə müharibə vəziyyəti elan edildi

 

  Mühasirəyə alınan Qəzza zolağından başlayan hücumlardan sonra İsraildə müharibə vəziyyəti elan edilib.

  İsrail Baş Nazirliyi Mətbuat Xidmətinin verdiyi məlumata görə, baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, Baş Qərargah rəisi Herzi Halevi, kəşfiyyat və təhlükəsizlik rəsmiləri fözqəladə iclas keçiriblər. Toplantıdan sonra ölkədə “Müharibə vəziyyəti” elan edilib və böyük hərbi əməliyyatlar təsdiqlənib.

  Məlumatda yazılır: “Qəzza zolağından törədilən qanlı terror hücumu İsraili müharibəyə məcbur etdi. Müharibə 7 oktyabr 2023-cü il səhər saat 06:00-da başlayıb”.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.

  İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.

  Oktyabrın 7-də Fələstinin “Həmas” radikal təşkilatı silahlılarının Qəzza zolağından hücumundan sonra həlak olan israillilərin sayı 600-ü ötüb, 2000-dən çox adam yaralanıb. İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölən və yaralananların sayının arta biləcəyini bildirirlər.

 



Әlaqәli Xәbәrlәr