Vladimir Putin G20 liderlərinin sammitinə qatılmayacaq

Rusiya Prezidenti Vladimir Putin bu il Hindistanın ev sahibliyində  9-10 sentyabr tarixləri arasında keçiriləcək G20 liderlərinin sammitində iştirak etməyəcəyini bildirib.

2030545
Vladimir Putin G20 liderlərinin sammitinə qatılmayacaq

Rusiya Prezidenti Vladimir Putin bu il Hindistanın ev sahibliyində  9-10 sentyabr tarixləri arasında keçiriləcək G20 liderlərinin sammitində iştirak etməyəcəyini bildirib.
Hindistanın NDTV telekanalının yaydığı məlumatat əsasən, Vladimir Putin ötən gün Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.
Vladimir Putin söhbət zamanı G20 liderlərinin sammitində iştirak edə bilməyəcəyini və onun yerinə ölkəni xarici işlər naziri Sergey Lavrovun təmsil edəcəyini bildirib.
Hindistan rəhbərliyindən verilən bəyanatda Narendra Modinin Vladimir Putinin sammitə qatılmamaq qərarını anladığı qeyd edilib.
Bəyanatda deyilir ki, iki lider ortaq regional və qlobal məsələləri müzakirə ediblər.
Rusiya rəhbərliyindən verilən bəyanatda isə Vladimir Putinin G20 liderlərinin sammitinə niyə qatılmayacağı ilə bağlı məlumat verilməyib.
Bəyanatda liderlərin iki ölkənin sıx əməkdaşlıq etməsi mövzusunda razılığa gəldikləri vurğulanıb.
Hindistanın ev sahibliyində keçiriləcək G20 liderlərinin sammiti 9-10 sentyabr tarixləri arasında baş tutacaq.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin  Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hərbi cinayətlərin istintaqı çərçivəsində qəbul etdiyi həbs qərarına görə avqustun 24-də Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən BRİKS sammitinə videokonfrans vasitəsilə qatılmışdı.



Әlaqәli Xәbәrlәr