Kanadadakı meşə yanğınlarının tüstüsünün Norveçə də çatacağı gözlənilir

Norveç səlahiyyətliləri qeyd edib ki, Kanadada günlərdir davam edən meşə yanğınları nəticəsində yaranan tüstünün ölkəyə təsir edəcəyini gözləyirlər.

1997219
Kanadadakı meşə yanğınlarının tüstüsünün Norveçə də çatacağı gözlənilir

Kanadadakı meşə yanğınlarının tüstüsünün Norveçə də çatacağı gözlənilir.

Norveç səlahiyyətliləri qeyd edib ki, Kanadada günlərdir davam edən meşə yanğınları nəticəsində yaranan tüstünün ölkəyə təsir edəcəyini gözləyirlər.

Norveç İqlim və Ətraf Mühit Tədqiqat İnstitutunun (NILU) alimləri atmosferdə tüstünün dövranını proqnozlaşdırmaq üçün bir modeldən istifadə ediblər.

Alimlər tüstünün iyunun 1-dən etibarən Qrenlandiya və İslandiya üzərində hərəkət etdiyini və onun təsirlərinin Norveçin cənubunun havasında da müəyyən edildiyini bildiriblər.

NILU-nun baş elmi işçisi Nikolaos Evangeliou ölkədə duman və tüstü qoxusu ola biləcəyini, lakin onlar havadakı hissəciklərin sayının sağlamlığa zərər verəcək qədər çox olmayacağını bildirib.

Bu arada ABŞ-ın Nyu-York ştatında bəzi məktəblər Kanadada meşə yanğınlarının havanı çirkləndirən tüstüsü səbəbindən bağlanıb.

Milli mətbuatda yer alan xəbərə görə, Kanadada baş verən meşə yanğınlarından sonra Nyu-Yorkun Long İsland bölgəsindəki iki məktəb rəhbərliyinə bağlı ibtidai təhsil müəssisələri qeyri-sağlam hava şəraiti səbəbindən təhsili dayandırıb.

Təhsili davam etdirən məktəblər açıq hava fəaliyyətini məhdudlaşdırmağa qərar verib.

Freeport və Lonq Bec bölgələrindəki məktəblər də təhsili dayandırıb.

Regiondakı "Molly College" və "Adelphi" Universiteti də bu gündən etibarən kampuslarını bağlayacaqlarını açıqlayıblar.

ABŞ-ın şimal-şərq ştatları da Kanadada baş verən meşə yanğınlarının tüstüsündən zərər çəkib.

Tüstü səbəbindən paytaxt Vaşinqtonda və onun ətrafında havanın keyfiyyət səviyyəsinə görə qırmızı xəbərdarlıq elan edilib.

Tüstü milyonlarla insana təsir edib, böyük hava limanlarında uçuşları dayandırıb və vətəndaşları yenidən maskalardan istifadə etməyə sövq edib.

Kanada ümummilli miqyasda 400-dən çox yanğınla mübarizə üçün beynəlxalq yardım istəyib.



Әlaqәli Xәbәrlәr