Olqa Sarrado: ‘‘Darfurdakı humanitar vәziyyәtә görә narahatıq’’

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Olqa Sarrado Sudanın Darfur bölgəsində münaqişələrə görə yaşanan ''gərgin humanitar vəziyyət''ə görə narahat olduqlarını bildirib.

1981871
Olqa Sarrado: ‘‘Darfurdakı humanitar vәziyyәtә görә narahatıq’’

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Olqa Sarrado Sudanın Darfur bölgəsində münaqişələr səbəbindən yaşanan ''gərgin humanitar vəziyyət''ə görə narahat olduqlarını bildirib.

Olqa Sarrado keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, 100 mindən çox sudanlı qaçqının qonşu ölkələrə qaçdığı təxmin edilir.

Olqa Sarrado Sudana qonşu olan ölkələrin böyük bir qaçqın və məcburi köçkünə ev sahibliyi etdiyinə diqqət çəkərək, bu ölkələrə yardım etmək üçün əlavə dəstəyə ehtiyac olacağını vurğulayıb.

Qarşıdurmalardan qaçan sudanlıların daha çox Çad və Misirə üz tutduğunu vurğulayan Sarrado Sudandakı cənubi sudanlıların da ölkələrinə qayıtdığını, Çad və Cənubi Sudana gedənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu qeyd edib.

Sarrado deyib:"Çada yeni gələnlərin bəziləri hələ də açıq havada, bəziləri ağacların altında, digərləri isə müvəqqəti sığınacaqlarda qalır. İndiyədək Çada 21 mindən çox qaçqının getdiyi təsdiqlənib. Onların qeydiyyata alınması üçün səylər davam etdirilir.Sudanın Darfur bölgəsində  münaqişələr səbəbindən yaşanan ''gərgin humanitar vəziyyət''ə görə narahatıq''.


Etiketlәr: #qarşıdurma , #Sudan , #BMT

Әlaqәli Xәbәrlәr