Tunisdə qaçqınları daşıyan qayıq batıb: 15 nəfər itkin düşüb
Tunisin cənub sahillərində qaçqınları daşıyan qayığın batması nəticəsində 15 nəfər həlak olub, 4 nəfər isə xilas edilib.
Tunisin cənub sahillərində qaçqınları daşıyan qayığın batması nəticəsində 15 nəfər həlak olub, 4 nəfər isə xilas edilib.
Tunis Milli Təhlükəsizlik Qüvvələrinin sözçüsü Hüsaməddin əl-Cebabli sosial media hesabından batan qayıqla bağlı yazılı paylaşım edib.
Cebabli ölkənin cənub bölgəsindəki Sfaks şəhəri yaxınlığında və Kerkana adası yaxınlığında balıq tutan bir qayıqçının batan qayığı tapdığını və 4 qaçqının dəniz təhlükəsizlik qrupları tərəfindən xilas edildiyini bildirib. Cebabli itkin düşən 15 qaçqının axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, Tunisdə 3 ayda 27 mindən çox qaçqın yaxalanıb.
Tunis Milli Təhlükəsizlik Qüvvələri aprelin 7-də verdiyi açıqlamada yanvarın 1-dən martın 31-dək Tunis yaxınlığında həyata keçirilən əməliyyatlarda 900-ə yaxın qeyri-qanuni miqrasiya cəhdinin qarşısının alındığını və əksəriyyəti Afrika ölkələrindən olan 27 mindən çox qanunsuz mühacirin yaxalandığını bildirib.
Әlaqәli Xәbәrlәr
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bu adamların həbsini istədi
Beynəlxalq Cinayət Məhkəməsindən verilən yazılı açıqlamaya görə ...