İsrail yenə Qəzzanı bombaladı

İsrail döyüş təyyarələri mühasirə altındakı Qəzza zolağının bəzi bölgələrinə zərbələr endirib.

1940870
İsrail yenə Qəzzanı bombaladı

İsrail döyüş təyyarələri mühasirə altındakı Qəzza zolağının bəzi bölgələrinə zərbələr endirib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı  məlumata görə, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzinə raket zərbələri endirib. Hücum zamanı baş verən yanğın nəticəsində ətrafdakı mülki yaşayış məntəqələrinə ziyan dəyib.
Məlumata görə, şəhərin cənub-qərbindəki Şeyx Aclin bölgəsinə də ağır zərbələr endirilib.
İsrail döyüş təyyarələri həmçinin Qəzzanın mərkəzi və şimal hissəsindəki əkinçilik sahələrini və Beyt Lahya qəsəbəsinin şimalındakı bir bölgəni hədəf alıb.
Hücumlar nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr