Astanada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir

Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Hökumət Başçıları Şurasının iclası başlayıb.

1898777
Astanada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir

Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Hökumət Başçıları Şurasının iclası başlayıb.

İclasda 10-dan çox sənədin qəbul ediləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının iclası 1991-ci ildən etibarən keçirilir. Budəfəki iclas sayca 80-cidir. Qurumun sonuncu toplantısı cari ilin mayında videokonfrans formatında baş tutub.

Hazırda MDB-yə Qazaxıstan sədrlik edir. 2023-cü ildən isə sədrlik Qırğızıstana təhvil veriləcək. Qazaxıstan və Rusiya isə həmsədr olacaq.

İclasda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.



Әlaqәli Xәbәrlәr