Kral Salman xəstəxanaya yerləşdirildi

Səudiyyə Ərəbistanının SPA rəsmi informasiya agentliyindən yayılan xəbərə görə...

1823602
Kral Salman xəstəxanaya yerləşdirildi

 

  Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz tibbi müayinələrdən keçmək üçün xəstəxanaya yerləşdirilib.

  Səudiyyə Ərəbistanının SPA rəsmi informasiya agentliyindən yayılan xəbərə görə, 86 yaşlı Kral Salman Ciddədəki Kral Faysal Mütəxəssis Xəstəxanasına aparılıb. Onun bir sıra tibbi müayinədən keçmək üçün xəstəxanaya yerləşdirildiyindən yazılan xəbərdə başqa detallara yer verilməyib.

  Qeyd edək ki, Kral Salman tibbi müayinələrdən keçmək üçün 20 iyul 2020-ci ildə də xəstəxanaya düşmüş və 3 gün sonra öd kisəsindən uğurlu əməliyyatla çıxmışdı.



Әlaqәli Xәbәrlәr