Peyvəndə hələ başlamayan tək ölkə, çünki...

Dünya Səhiyyə Təşkilatının məlumatına görə....

1683689
Peyvəndə hələ başlamayan tək ölkə, çünki...

 

  Yeni tip koronavirusla (Covid-19) mübarizə çərçivəsində Afrika qitəsində peyvəndetməyə hələ başlamayan tək ölkənin Eritreya olduğu bildirildi.

  Tanzaniya peyvənd kampaniyasına 28 iyulda başladı, Burundi vaksinasiya elan etdi, amma qitədə “Covid-19” peyvəndini başlamayan tək ölkə Eritreya qaldı.

  Dünya Səhiyyə Təşkilatının Afrika Mərkəzinin məlumatına görə, qitə əhalisinin cəmi 1,6 faizi peyvənd edilib. Təşkilatın hesabatına görə, Afrika qitəsində Seyşeller əhalisinin 68 faizindən çoxu, Mavrika 33, Mərakeş 26 faizlə peyvəndin ən çox edildiyi ölkələr olub.

  Qeyd edək ki, Eritreyada bu zamana virusdan cəmi 35 nəfər həyatını itirib, 6547 yoluxub.



Әlaqәli Xәbәrlәr