Əbdülfəttah əs-Sisi vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşüb

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla görüşüb.

1656491
Əbdülfəttah əs-Sisi vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüşüb

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla görüşüb.

Sisi rəsmi "Facebook" səhifəsindən etdiyi paylaşımda vəliəhd şahzadə Salmanla Misirin Şarm əl-Şeyx şəhərindəki görüşü zamanı iki ölkə arasında ortaq əlaqələrin inkişaf etdirilməsinin yollarının müzakirə olunduğunu bildirib.

Salmanı "qardaş" olaraq xarakterizə edən Sisi görüş zamanı ortaq əhəmiyyət kəsb edən regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparıldığını qeyd edib.

Sisi ayrıca Misir və Səudiyyə Ərəbistanını rəsmi və qeyri-rəsmi səviyyədə bir-birinə bağlayan əla münasibətlərdən "qürur duyduğunu" da dilə gətirib.

Salman 5 mart 2018-ci ildə vəzifəsinin icrasına başladığı zaman ölkə xaricinə ilk səfərini Misirə reallaşdırmışdı.



Әlaqәli Xәbәrlәr