Әfqanıstanda hәrbi helikopter qәzaya uğrayıb
Әfqanıstanın Maydan Vardak vilayәtindә Mi-17 tipli hәrbi helikopterin qәzaya uğraması nәticәsindә 4 ekipaj üzvü vә 5 tәhlükәsizlik xidmәti әmәkdaşı hәyatını itirib.
Әfqanıstanın Maydan Vardak vilayәtindә Mi-17 tipli hәrbi helikopterin qәzaya uğraması nәticәsindә 4 ekipaj üzvü vә 5 tәhlükәsizlik xidmәti әmәkdaşı hәyatını itirib.
Әfqanıstan Müdafiә Nazirliyi Maydan Vardak vilayәtinin Bәhsud qәsәbәsindә Әfqanıstan Hәrbi Hava Qüvvәlәrinә mәxsus Mi-17 tipli helikopterin qәzaya uğradığını açıqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Digәr tәrәfdәn Kabildә dövlәt qulluqçularını daşıyan avtobusa hücum edilib. Yol kәnarına әvvәlcәdәn yerlәşdirilәn partlayıcı maddәnin işә salınması nәticәsindә 3 nәfәr ölüb, 11 nәfәr dә yaralanıb.
Qeyd edәk ki, hücum Әfqanıstan hökumәti ilә Taliban arasında Rusiyanın paytaxtı Moskvada sülh prosesi ilә bağlı aparılan danışıqlar zamanı hәyata keçirilib.
Әlaqәli Xәbәrlәr
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bu adamların həbsini istədi
Beynəlxalq Cinayət Məhkəməsindən verilən yazılı açıqlamaya görə ...