Әfqanıstanda qarşıdurma, ölәnlәr var

Bu barәdә Әfqanıstan Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1401528
Әfqanıstanda qarşıdurma, ölәnlәr var

 

Taliban silahlılarının Әfqanıstanın Tahar vilayәtinin Hoca-i Qar qәsәbәsindәki hәrbi hissәyә tәşkil etdiyi hücum nәticәsindә 17 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.

Bu barәdә Әfqanıstan Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, hadisә Tepe-i Hava Şinasi bölgәsindә baş verib.

Mәlumatda hücum nәticәsindә 17 tәhlükәsizlik xidmәti әmәkdaşının hәlak olduğu, ikisinin dә yaralandığı bildirilib. Hücum zamanı baş verәn qarşıdurmada Taliban qruplaşmasının da çox sayda itki verdiyi qeyd olunub.

Taliban mәsәlә ilә bağlı açıqlama vermәyib.



Әlaqәli Xәbәrlәr