Xәlifә Hafterә ağır zәrbәlәr endirilib

Bu barәdә Liviya Mikki Hәmrәylik Hökumәtinin hәyata keçirdiyi ‘‘Vulkan’’ әmәliyyatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1394534
Xәlifә Hafterә ağır zәrbәlәr endirilib

 

Beynәlxalq sәviyyәdә legitimliyi olan Liviya Milli Hәmrәylik Hökumәti ölkәnin şәrqindәki qeyri-qanuni qüvvәlәrin lideri Xәlifә Hafterә sadiq silahlılara mәxsus konvoyu hәdәf alıb.

Bu barәdә Liviya Mikki Hәmrәylik Hökumәtinin hәyata keçirdiyi ‘‘Vulkan’’ әmәliyyatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumatda aralarında Әrәb Әmirliklәrinә mәxsus iki zirәhli avtomobilin dә olduğu konvoyun vurulduğu bildirilib.

Bәyanatda hücumla bağlı әtraflı mәlumat verilmәyib.

Liviya Milli Hәmrәylik Hökumәti Misirdәn Hafterә sadiq silahlılara hәrbi texnika daşıyan bir gәminin Tobruk limanında lövbәr saldığını açıqlamışdı.



Әlaqәli Xәbәrlәr