Liviyada qiyamçı Hafter qüvvələrinin hücumları nəticəsində 4 nəfər ölüb

Liviyada qiyamçı Hafter qüvvələrinə məxsus döyüş tayyərələrinin Tripolidəki yaşayış məntəqələrinə etdiyi hücumlarda 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

1329050

Liviya Milli Həmrəylik Hökumətinin Səhiyyə Nazirliyinin sözçüsü Fevzi Uneyyis verdiyi bəyanatda Hafter milislərinə məxsus qırıcıların Tripolinin Tacura bölgəsində dinc vətənaşların olduğu bölgələri bombaladığını bildirib.

Uneyyis Hafter qüvvələrinin hücumları nəticəsində 4 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını ifadə edib.

Ölkənin şərqindəki silahlı qüvvələrin başçısı Hafter 12 dekabrda paytaxt Tripolinin mərkəzinə bir hücuma başlandığını elan etmişdi.  

Hafter aprelin 4-də isə Tripolini ələ keçirmək üçün qüvvələrinə hücum üçün göstəriş vermiş və 48 saat ərzində paytaxtın nəzarətini ələ keçirəcəklərini iddia etmişdi.

Bunun nəticəsində Liviyada beynəlxalq legitimliyi olan Milli Həmrəylik Hökumətinə məxsus qüvvələr də “Burkan əl Qabad” əməliyyatına start vermişdi.

Әlaqәli Xәbәrlәr