"İmelda" tropik qasırğası fəsadlara yol açıb

Məlumata görə, qasırğa nəticəsində 2 nəfər ölüb.

1273455
"İmelda" tropik qasırğası fəsadlara yol açıb

ABŞ-ın Texas ştatında tüğyan edən "İmelda" tropik qasırğası fəsadlara yol açıb.

Məlumata görə, qasırğa nəticəsində 2 nəfər ölüb.

Ölənlərdən biri aeroport yaxınlığında yağış sularına qərq olmuş yük maşının içində boğulub.

Digər şəxsin isə Ceferson şəhərində boğulduğu deyilir.

Kəskin hava şəraiti ilə bağlı ştat qubernatoru Qreq Ebbott 13 dairədə fövqəladə vəziyyət elan edib.

Ştatın Hyuston şəhərindəki aeroportda isə 900-dan çox aviareys təxirə salınıb.

Bölgədən təxminən min nəfərin evakuasiya edildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr