Nigeriyada 20 әsgәr itkin düşüb

Nigeriyanın şimal-şәrqindә  terror tәşkilatı Boko Haramın hәyata keçirdiyi silahlı hücum  nәticәsindә 9 әsgәr hәlak olub, 20 әsgәr dә itkin düşüb.

1269285
Nigeriyada 20 әsgәr itkin düşüb

 

Nigeriyanın şimal-şәrqindә  terror tәşkilatı Boko Haramın hәyata keçirdiyi silahlı hücum  nәticәsindә 9 әsgәr hәlak olub, 20 әsgәr dә itkin düşüb.

Yerli media orqanlarının yaydığı xәbәrә görә, terror tәşkilatı Boko Haram Borno әyalәtinin Qranda bölgәsindәki hәrbi mәntәqәyә hücum edib.

Hücum nәticәsindә 9 әsgәr hәlak olub, 20 әsgәr dә  itkin düşüb.

Boko Haram qruplaşması 2000-ci ilin әvvәlindәn etibarәn Nigeriyadakı mövcudluğunu davam etdirir. Terror qruplaşmasının 2009-cu ildәn etibarәn hәyata keçirdiyi hücumlar nәticәsindә 20 mindәn çox adam hәlak olub. Terror tәşkilatı 2015-ci ildәn etibarәn Kamerun, Çad vә Nigerdә dә hücumlar törәdir.

Boko Haram qruplaşmasının Çad gölü hövzәsindә törәtdiyi hücumlar nәticәsindә iki min nәfәr hәlak olub.



Әlaqәli Xәbәrlәr