Aralıq dənizində gəmidə qalan nizamsız miqrantlar təxliyyə edildi

Aralıq dənizində nizamsız qaçqınları xilas edən İtalyan qeyri-hökumət təşkilatı "Mediterranean Saving Humans"a aid “Mare Jonio” gəmisində qalan son 31 miqrant da təxliyyə edildi.

1262692

   İtaliya mətbuatında dərc olunan xəbərlərdə Lampedusa Liman Komandanlığının İtaliya qeyri-hökumət təşkilatı  "Mediterranean Saving Humans"a aid Mare Jonio gəmisindəki beş gündür gözləyən və psixoloji vəziyyətləri ağırlaşan son 31nizamsız miqrantın təxliyyəsinə icazə verdiyi bildirildi.

  Xəbərlərə görə, gəmidəkilər İtaliya sahil təhlükəsizlik dəstələri tərəfindən adaya köçürülüb.

  "Mediterranean Saving Humans" ötən  şənbə günü gəmidəki miqrantların psixoloji vəziyyətilərinin ağırlaşması ilə əlaqədar xəbərdarlıq etmişdi.

 Qeyd edək ki, keçən həftə  Liviya sularında  98 mühaciri xilas edən "Mare Jonio" gəmisindən avqustun 29-da 64 uşaq, qadın və xəstənin təxliyyə edilməsinə icazə verilmişdi.

Әlaqәli Xәbәrlәr