İtaliya hökuməti erkən seçkiyə gedilməsini istəyir

İtaliya koalisiya hökumətində baş nazir müavini və daxili işlər naziri,  həddindən artıq sağçı Liqa partiyasının sədri Matteo Salvini erkən seçkiyə gedilməsini istəyir.

1250391
İtaliya hökuməti erkən seçkiyə gedilməsini istəyir

  İtaliya koalisiya hökumətində baş nazir müavini və daxili işlər naziri,  həddindən artıq sağçı Liqa partiyasının sədri Matteo Salvini erkən seçkiyə gedilməsini istəyir.

  Teknokrat baş nazir Cüzeppe Kontenin (Giuseppe Conte) sədrliyilə hökumət ortaqları arasında nə vaxtdır davam edən fikir ayrılıqları parlamentdə hazırlanması illərdir sürən Torino-Lyon Yüksək Sürətli Qatar Layihəsinə səsvermə ilə böhrana çevrildi.

  Sözügedən layihənin dayandırılması üçün iqtidardakı M5S partiyasının parlamentdə verdiyi təklifin rədd edilməsi, koalisiya ortaqlarının gün boyu qarşılıqlı ittihamları və bir-birilərini günahlandırmaları Matteo Salvininin ortaqlarıyla ipləri qoparmasına gətirib çıxardı.

  M.Salvini baş nazir Konte ilə bir saat sürən görüşdən sonra verdiyi şərhdə ona hökumətin parlamentdə əksər səsi itirdiyini söyləyərək deyib: "Yüksək Sürət Qatarı Layihəsinə səsvermədə açıq şəkildə bunu gördük. Qərar vermək üçün parlamentə gedirik və sonra sözü seçiciyə buraxacağıq."

  Qeyd edək ki, İtaliyada 2018-ci ilin 4 martında keçirilən parlament seçkilərində ən çox səs toplayan iki partiyadan De Maionun sədrliyilə M5S və Salvininin sədri olduğu Liqa partiyaları teknokrat baş nazir Kontenin rəhbərliyilə 1 iyunda koalisiya hökumətini qurdu və parlamentdən etibar səsi alaraq vəzifəyə başlamışdı.



Әlaqәli Xәbәrlәr