İndoneziya İsrailә reaksiya göstәrib

İndoneziya hökuməti  İsrailin  Şərqi Qüdsdə fələstinlilərə məxsus evləri dağıtma qәrarına reakriya göstәrib.

1242148
İndoneziya İsrailә reaksiya göstәrib

 

İndoneziya hökuməti  İsrailin  Şərqi Qüdsdə fələstinlilərə məxsus evləri dağıtma qәrarına reakriya göstәrib.

İndoneziya  Xarici işlər Nazirliyindən verilәn  açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘İsrail bu addımla beynәlxalq hüquq normaları vә Birlәşmiş Millәtlәr Tәşkilatının müvafiq qәtnamәlәrini açıq şәkildә pozub’’.

İsrailin keçәn ay Mәscidül-Әqsada tünel çәkmә fәaliyyәtlәrinә dә toxunulan açıqlamada qeyd olunub ki, bu növ addımlar bölgәdәki sülh prosesinә zәrbә vurur.

İsrail mәhkәmәsi keçәn ay Sur Bahirdәki yaşayış mәntәqәlәrinin Fәlәstin torpaqlarını Qüdsdәn ayıran divara yaxın olması sәbәbindәn dağıdılması ilә bağlı qәrar qәbul edib vә ev sahiblәrinә 18 iyunadәk evlәrini dağıtmaları ilә bağlı möhlәt verib.

Qeyd edәk ki, İsrail qüvvələri  bazar ertəsi günü  sabah  radәlәrindә  fәlәstinlilәrin Sur Bahir bölgəsindəki evlәrini dağıtmağa  başlayıb.



Әlaqәli Xәbәrlәr