İrana sanksiya tətbiqi gücləndirilir

"İrana qarşı sanksiyalar tezliklə artırılacaq. Bunu ABŞ prezident Donald Tramp deyib.

1233738
İrana sanksiya tətbiqi gücləndirilir

Prezident Donald Tramp “Twitter” hesabında İranın nüvə proqramına dair sazişə münasibət bildirib. O: “Sanksiyalar tezliklə xeyli dərəcədə gücləndiriləcək çünkü sözügedən saziş uzun müddətdir pozulur. İranın uran zənginləşdirmə fəaliyyətlərini davam etdirir. Bu keçmiş ABŞ dövlət katibi Con Kerri ilə prezident Barak Obama arasında imzalanan 150 milyard dollarlıq müqaviləni pozduğunun bariz göstəricisidir. Daha bu müqavilənin heç bir etibarı yoxdur. Tehrana qarşı sanksiyalar isə artırılmaqda davam edəcək”-deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ rəhbərliyi, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında 2015-ci ildə imzalanan nüvə razılaşmadan təklərəfli çıxdıqdan sonra İrana yenidən sanksiya tətbiqinə başladı. İran isə buna cavab olaraq 8 May 2019-cu ildə tərəf ölkələrə müqaviləyə sadiq qalmaları haqqında çağırış etdi, əks təqdirdə uran zənginləşdirmə fəaliyyətlərini artıracağını bildirdi.



Әlaqәli Xәbәrlәr