Yəməndə Husilər təhdid etdi

Yəməndə İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanının mərkəzi bölgələrində əvvəlkilərdən daha böyük və gəniş miqyaslı hücum edəcəyini bildirdi.

1201635
Yəməndə Husilər təhdid etdi

Yəməndə İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanının mərkəzi bölgələrində əvvəlkilərdən daha böyük və gəniş miqyaslı hücum edəcəyini bildirdi.

Husilərin hərbi sözçüsü Yahya Seri yaydığı yazılı açıqlamada dünən gördərdikləri pilotsuz uçuş aparatlarının (PUA) əməliyyatların başladığı gündən bəridir Səudiyyə Ərəbistanının mərkəzi bölgələrində ən böyük hücumları təşkil etdiyini ifadə edib.

Hava hücumlarında Duvedmi və Afif şəhərlərindəki həyati əhəmiyyətə malik obyektlərin hədəf alındığını bildirən Seri “Çox diqqətli müşahidə və bölgədəki dəstəkçilərin dayağı ilə”təşkil edildiyini bildirdiyi hücumlar nəticəsində boru kəmərində neft nəqliyyatının dayandığını və Səudiyyə Ərəbistanı iqtisadiyyatının birbaşa təsirləndiyini dilə gətirib.

“Düşmən ölkələrin (Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri” mərkəzi bölgələrində daha böyük və daha gəniş hücumlar həyata keçirə bilərik. Bölgədə həll yolu Yəmənə hücumların dayanmasıdır” deyə Yahya Seri vurğulayıb.

Qeyd edək ki, Husilərə bağlı Əl-Məsirə kanalında dünən Səudiyyə Ərəbistanıda əhəmiyyətə malik nöqtələrə 7 hava hücumu edildiyi irəli sürülüb.

Səudiyyə Ərəbistanının enerji, sənaye və mədən qaynaqları naziri Halid əl-Falih də şərq bölgəsindəki ehtiyatların qərb sahilindəki limana neft daşıyan boru kəməri üzərindəki 2 neft stansiyasına dronla hücum etdiyini açıqlamışdı.

Səudiyyə Ərəbistanının başçılığındakı koalisiya qüvvələri Yəməndə 2015-ci ilin mart ayından bəridir Husilərə qarşı hökumət qüvvələrinə dəstək olur.



Әlaqәli Xәbәrlәr