Paraqvayda təcilli vəziyyət

Paraqvayda son həftələrdə davam edən güclü yağışların səbəb olduğu təbii fəlakətə görə təcili vəziyyət elan edilib.

1197879
Paraqvayda təcilli vəziyyət

Paraqvayda son həftələrdə davam edən güclü yağışların səbəb olduğu təbii fəlakətə görə təcili vəziyyət elan edilib.

Paytaxt Asunsondan sonra şəhərin təqribən 300 km cənubundakı Neembucu bölgəsində də güclü yağışların səbəb olduğu çay daşqınları və sel fəlakətinə görə təcili vəziyyət üçün çağırış edilib.

Rəsmilər son həftələrdə 40 minə yaxın paraqvaylının yağışlar səbəbindən yüksələn suya görə evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.

Təxliyyə edilənlər arasında 11 mindən çox insanın paytaxt Asunsonda yaşadığı qeyd edilib.  

Nə qədər də hərbi bazalardakı yaxud da şəhər meydanlarındakı hündür yerlərdə yerləşdirilmiş olsalar da  bəzi paraqvaylılar hökumətin kifayətsiz tədbirlərindən şikayət edir.

Neembucu ərazilərinin əksəriyyəti sulaq sahələrdən ibarətdir.

Vali Luis Benitez sosial mediadakı paylaşmasında “Qəsəbələrimizdən altısı üçün vəziyyət çətin və kritiktir” ifadəsini işlədib.

Hökumət səlahiyyətliləri sel fəlakəti səbəbindən Asunsonda aprelin 3-də 90 günlük təcili vəziyyət elən etmişdi.



Әlaqәli Xәbәrlәr