Əlcəzairdə həbslər başladı

Əlcəzairdə fevral ayında başlayan nümayişlərdən sonra keçən ay istefa etmək məcburiyyətində qalan sabiq prezident Əbdüləziz Buteflikanın qardaşı Səid Buteflika və Kəşfiyyat İdarəsinin 2 sabiq sədri həbs olundular.

1195494
Əlcəzairdə həbslər başladı

Əlcəzairdə fevral ayında başlayan nümayişlərdən sonra keçən ay istefa etmək məcburiyyətində qalan sabiq prezident Əbdüləziz Buteflikanın qardaşı Səid Buteflika və Kəşfiyyat İdarəsinin 2 sabiq sədri həbs olundular.

 Bu barədə xəbər Əlcəzair Dövlət Televiziyasında yayımlandı.

Xəbərə görə, Hərbi Prokurorluq Səid Buteflika ilə Kəşfiyyat İdarəsinin 2 sabiq sədri  Məhəmməd Medin və Bəşir Tartaq barəsində "orduya zərər vermə və dövlətə qarşı sui-qəsd qurmaq" maddəsi ilə müvəqqəti həbs qətimkan tədbiri seçib.

Sabiq müdafiə naziri Xalid Nizar aprelin 29-da verdiyi açıqlamada Səid Buteflikanın mitinqlər zamanı Əlcəzair Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əhməd Kaid Salehin vəzifəsindən azad edilməsi və fövqəladə hal elan edilməsi məsələləri ilə bağlı onunla görüşdüyünü bildirmişdi. Nizar Səid Buteflikanın onunla faktiki prezident kimi danışdığını da qeyd etmişdi.

 Məhəmməd Medin  Kəşfiyyat İdarəsinə  25 il rəhbərlik etdikdən sonra 2015-ci ilin sentyabr ayında vəzifəsindən azad olunmuş və yerinə Bəşir Tartaq təyin olunmuşdu. Tartaq da ötən ay vəzifəsini buraxmağa məcbur edilmişdi.

 Qeyd edək ki, 20 ildir Əlcəzairin dövlət başçısı olan Buteflika təxminən 1,5 ay davam edən etirazlar və ordunun "xəbərdarlıqları" nəticəsində aprelin 2-də istefa verib.



Әlaqәli Xәbәrlәr