Skandinaviyada pilotlarının tətili səbəbindən 673 reys ləğv edilib

Danimarkanın media orqanlarının yaydığı məlumata əsasən, tətil kompaniyanın reyslərinin təxminən 70 faizinə və 70 mindən çox sərnişinə təsir edib.

1190581
Skandinaviyada pilotlarının tətili səbəbindən 673 reys ləğv edilib

İsveç, Danimarka və Norveçdə “Scandinavian Airlines System” (SAS) aviakompaniyası pilotlarının tətili səbəbindən 600-dən çox reys ləğv edilib.

Danimarkanın media orqanlarının yaydığı məlumata əsasən, tətil kompaniyanın reyslərinin təxminən 70 faizinə və 70 mindən çox sərnişinə təsir edib. Lakin kompaniyanın tərəfdaşlarının həyata keçirdiyi reyslər, həmçinin sanitar aviasiyasının uçuşları dayandırılmayıb.

“Scandinavian Airlines System” reysləri ləğv olunan sərnişinlərə biletlərini pulsuz olaraq başqa günə dəyişdirmək imkanı yaradıb. Tətilə kompaniyanın ümumilikdə 1400 pilotu  qatılıb.

Aksiya pilotlarla kompaniya arasında kollektiv müqavilə ilə bağlı razılaşma baş tutmadıqdan sonra başlayıb. Pilotlar özləri üçün daha sərfəli əmək şəraiti - maaşların artırılmasını və iş qrafikinin dəyişdirilməsini tələb edirlər.



Әlaqәli Xәbәrlәr