Notr-Dam kilsəsindəki yanğın söndürüldü

Fransanın paytaxtı Parisdəki Notr- Dam kilsəsində dünən axşam saatlarında başlayan yanğın 8 saat yarımdan sonra söndürüldü.

1184195
Notr-Dam kilsəsindəki yanğın söndürüldü

Fransanın paytaxtı Parisdəki Notr- Dam kilsəsində dünən axşam saatlarında başlayan yanğın 8 saat yarımdan sonra söndürüldü.
 
 Yanğında 93 metr yüksəkliyindəki qüllələrdən biri və dam tamamilə çökdü.
 
 Təxminən 500 yanğınsöndürənin  gərgin əməyi sayəsində şimal zəng qülləsi və əsas bina xilas edildi.
 
 Paris prokurorluğu yanğının səbəbini araşdırmaq üçün istintaqa başladı.
 
 Fransanın tarixi əsərləri ilə bağlı işlər görən İrs Fondundan verilən məlumatda kilsənin bərpası üçün milli yardım kampaniyasının başlanılacağı bildirildi.
 
 Fransanın milyarder Pinault ailəsi yeni inşa işləri üçün 100 milyon avro ianə edəcəyini elan etdi.
 
 Fransız mətbuatında verilən xəbərlərə görə, "Twitter"də bir neçə saat ərzində yanğına dair 1 milyon 600 min bölgü edilib.
 
 Yanğını bir faciə olaraq xarakterizə edən Fransa prezidenti Emmanuel Makron: "Fəxr edək, çünki bu kilsəni 800 ildən daha uzun bir müddət əvvəl biz inşa etdik və əsrlər boyu böyüdüb bu hala gətirdik. Bu gecə qəti şəkildə deyirəm, birlikdə yenidən inşa edəcəyik" dedi.
 
 Yanğının səbəbi hələlik bilinməsə də, yanğından mühafizə xidmətinin rəsmiləri alovların 6 milyon avroluq restavrasiya işlərinə görə baş verdiyini bildirdilər.
 
 Fransanın simvollarından biri kimi tanınan və müharibələrə baxmayaraq bu günlərə qədər qalan dünya şöhrətli 856 illik tikilinin böyük ölçüdə zərər görməsi fransızlar qədər digər avropalıları da kədərləndirdi.
 
 Fransanın paytaxtı Parisdə yanğına təslim olan Notr- Dam kilsəsi 850 ildən artıq tarixi ilə xristianlığın bu ölkədəki simvoluna çevrilib.
 
 Notr-Damın əsası 1163-cü ildə iki kilsənin xarabalıqları üzərində kilsə inşa edilməsi qərarından sonra Papa III Aleksandr tərəfindən atılıb.
 
 Fransa inqilabı dövründə ciddi zərər görən kilsədə bir neçə dəfə bərpa işi aparılıb.
 
 Sena çayının sahilindəki "Ille de la Cite" adasında yerləşən və Məryəm Anaya ithaf olaraq adlandırılan Notr- Dam kilsəsi, naxışlı pəncərə şüşələri, heykəlcikləri və kəmərli dayağı ilə ən çox turist cəlb edən məkanlardan biri kimi tanınır.
 
 Hər il çox sayda insanın ziyarət etdiyi kilsədə "Məryəm Ana" heykəli ilə yanaşı, "Gül pəncərələr", müxtəlif sənət əsərləri, nəhəng kilsə zəngləri ve orta əsrlərdən qalma mebellər var.
 
 Fransız yazıçısı Viktor Hüqonun 1831-ci il tarixli "Notr-Dam kilsənin qozbeli" əsəri ilə şöhrəti əbədiləşdirilən kilsə 5 min 500 kvadratmetrlik sahəni əhatə edir.

 Vatikanın "Xristianlığın Fransadakı rəmzi" olaraq adlandırdığı tikili Paris Arxiyepiskopluğuna da ev sahibliyi edir.
 
 Kilsə, eyni zamanda, Napoleonun imperator elan edilməsi kimi tarixi hadisələrə də şahidlik edib.



Әlaqәli Xәbәrlәr