"Senat layihəni keçirməkdə azaddır, mənim də veto qoymaq haqqım var", D.Tramp

D.Tramp layihə üçün "təhlükəli" və "məsuliyyətsiz" sözlərini işlədib.

1164599
"Senat layihəni keçirməkdə azaddır, mənim də veto qoymaq haqqım var", D.Tramp

  Amerika Birləşmiş Ştatlarının prezidenti (ABŞ) Donald Tramp Senatın 15 martda ona təqdim edilən "Milli fövqəladə vəziyyət ləğvini nəzərdə tutan layihə”yə veto qoyub. Bununla da Tramp vəzifəyə gələndən ilk dəfə veto hüququnu Respublikaçıların əksəriyyət təşkil etdiyi Senatın Baş Assambleyasındakı səsvermədən keçən layihəyə qarşı istifadə edib.

  Ağ Evdən verilən məlumata görə, Tramp "Senat layihəni keçirməkdə azaddır, mənim də veto qoymaq haqqım var" deyib. 

   ABŞ prezidenti layihə üçün "təhlükəli" və "məsuliyyətsiz" sözlərini işlədib.  

  Qeyd edək ki, Senatın Baş Assambleyasındakı səsvermədə 59 senator layihənin lehinə, 41 senator isə əleyhinə səs vermişdi.

  Xatırladaq ki, ABŞ prezidenti ölkənin cənub sərhədində köçkünlər problemini əsas göstərərək milli fövqəladə vəziyyət elan etmişdi.



Әlaqәli Xәbәrlәr