Nigeriyada izdihamda 14 adam həyatını itirdi

Nigeriyanın Port Harcourt şəhərindəki iqtidar partiyasının (APC) konqresində yaşanan izdihamda 14 nəfər həlak oldu

1144189
Nigeriyada izdihamda 14 adam həyatını itirdi

Məlimata görə hadisə Nigeriyanın cənubundakı Rivers ştatında prezident Məhəmməd Buxarinin seçkiqabağı çıxışından sonra yaranan izdihamda baş verib. Bildirilib ki, prezidentin seçkiqabağı mitinqi Port-Harkort şəhərindəki stadionda keçirilib. İzdiham o, stadionu tərk edəndən sonra yaranıb. İnsan sıxlığı zamanı bir neçə nəfər yerə yıxılıb və insanların ayaqları altında qalıblar. İlk məlumatlara görə 14 nəfər həlak olub. Ancaq bu say arta bilər. Prezident Buxari həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, 16 fevralda keçiriləcək prezident seçkilərində dövlət başçısı Buxarı ilə yanaşı Xalqın Demokratik Partiyası mənsubu Atiku Əbubakar ən güclü namizəd kimi irəli sürülüb.



Әlaqәli Xәbәrlәr