"Qoşunların tezliklə Suriyadan çıxarılacağına dair heç nə deməmişəm", D.Tramp

ABŞ prezidenti Donlad Tramp Amerika hərbçilərinin Suriyadan çəkilməsi barədə qətiyyətli olduqlarını, qoşunların tezliklə Suriyadan çıxarılacağına dair heç nə demədiyini söyləyib.

1120293

Tramp Ağ evdə jurnalistlərə ABŞ-ın Suriyadan geriçəkilmə planına dair açıqlama verib.

Prezident olduğu tarixlərdə Suriya və İraqın böyük hissəsinin DEAŞ-ın nəzarətində olduğunu, ancaq özünün hakimiyyəti dövründə DEAŞ-ın İraqdan tamamilə azad edildiyini, Suriyada isə az sayda terrorçunun qaldığını xatırladaraq deyib ki, artıq Suriyadan çıxırıq, amma heç vaxt çox tez zamanda çıxacağımızı ifadə etmədim.

Tramp DEAŞ ilə artıq bölgə ölkələrinin döyüşməsinin lazım olduğunu bildirib: “Rusiya, İran və Türkiyə DEAŞ-a nifrət edir. Bizim etdiyimiz kimi biraz da onlar öz bölgələrində döyüşə bilərlər”.

Qeyd edək ki, Trampın milli təhlükəsizlik üzrə nümayəndəsi Con Bolton isə İsraildə jurnalistlərə verdiyi açıqlamada terror təşkilatı YPG/PKK-ya işarə edərək, ABŞ-ın Suriyadan çəkilməsinin Türkiyənin “Kürd döyüşçülərin” təhlükəsizliyinə zəmanət verməsi və DEAŞ-ın məğlub olunması şərtindən asılı olduğunu söyləmişdi.

Boltonun terrorçulardan “döyüşçü” kimi bəhs etməsi rəsmi Ankaranın sərt reaksiyasına səbəb oldu.

Әlaqәli Xәbәrlәr