Fransada "sarı jiletlilər" yenə başladı

Fransadakı nümayişlərin yeddinci həftəsində “sarı jiletlilər” ölkənin müxtəlif yerlərində yenidən küçəyə çıxdı, hadisələr zamanı 57 nəfər nəzarətə alındı.

1115973
Fransada "sarı jiletlilər" yenə başladı

  Fransadakı nümayişlərin yeddinci həftəsində “sarı jiletlilər” ölkənin müxtəlif yerlərində yenidən küçəyə çıxdı, hadisələr zamanı 57 nəfər nəzarətə alındı.

  Parisdə “sarı jiletlilər” aksiyalarında polislə nümayişçilər arasında qısa müddətli gərginlik yaşandı.

  Paris Polis İdarəsinin məlumatına görə, mitinqlərə paytaxtda 800, ölkə miqyasında isə 12 min nəfər qatılıb.

  Etirazçıların bir hissəsi günorta saatlarında Parisdəki Yelisey Meydanında (Champs-Elysees) toplaşıb. Buradakı nümayiş əvvəlkilərə nisbətən sakit keçib.

  Yüzlərlə etirazçı isə şəhərdəki bəzi media qurumları binalarının qarşısında bir araya gəlib. Burada barrikadaları aşmağa çalışan nümayişçilərlə polis arasında münaqişə çıxıb.

  Yürüşə davam edən etirazçılar Trokadero Meydanında "Makron, istefa" şüarları atıb.

  Polis nümayişçiləri itlərlə uzaqlaşdırmağa çalışıb.

  Rouen şəhərindəki aksiyada da polislə etirazçılar arasında qarşıdurma yaranıb.

  Polisin bibər qazı istifadə etdiyi aksiyada bəzi nümayişçilər zibil qablarını atəşə verib, Mərkəzi Bank binasının qapısını yandırıb.

  Təxminən 2400 adamın qatıldığı Bordeauks mitinqində də polis onlara daş və butulka atan nümayişçilərə bibər qazıyla cavab verib.

  Amiensdakı aksiyada hadisələr zamanı 10 nəfər saxlanılıb.

  Nantesdakı mitinqdə 1 nəfər ağır yaralanıb.

  “Sarı jiletlilər” ölkə miqyasında bir çox bölgədə yolbağlama aksiyası da həyata keçirib.

  Qeyd edək ki, Fransada yanacaq qiymətinin artırılması və iqtisadi vəziyyətin pisləşməsinə reaksiya olaraq 17 noyabrda başlayan, ancaq sonra ölkə prezidenti Emanuel Makron rəhbərliyinə qarşı qəzəbə və üsyana çevrilən “sarı jiletlilər”in nümayişləri ölkədə son illərin ən şiddətli etirazı sayılır.

  Aksiyalarda indiyə qədər 10 adam həyatını itirib, təxminən 4341 nəfər saxlanılıb, mindən çox adam yaralanıb.

  “Sarı jiletlilər” həm də həyatlarına aid məsələlərin və çıxacaq qanunların referendum yoluyla xalqa verilməsini istəyir.

 



Әlaqәli Xәbәrlәr