Hindistanda çökmüş mədəndə əsir qalan mədənçilər hələ də xilas edilməyiblər

Hindistanın şimal-şərqində təxminən iki həftə əvvəl sel səbəbindən çökən kömür mədənində əsir qalan 15 mədənçini hələ  də xilas etmək mümkün olmayıb.

1114488

 Meghalaya ştatının Fəlakətə nəzarət etmə işləri üzrə naziri Kyrmen Shylla dekabrın 13-də çökən mədəndə əsir qalan mədənçilərin xilasetmə işlərinin davam etdiyini, mədənin içindəki su səviyyəsinin getdikcə yüksəldiyini, bu səbəbdən işlərin axsadığını bildirdi.
 
Mədənçilərin həyatda qalma ehtimallarının günü-gündən azaldığına işarə edən Shylla Meghalaya ştatının Hindistan hökumətindən yardım tələb etdiyini qeyd etdi.
 
 Təxminən iki həftə əvvəl şiddətli yağışlardan sonra yaranan seldə "East Jaintia Hills" bölgəsindəki kömür mədəninin bir hissəsi çökmüş, 15 mədənçi içəridə qalmışdı.
 
Qeyri-qanuni mədən işlərinin aparıldığı kömür mədəninin çökməsi ilə bağlı istintaq başlanılmışdı.

Әlaqәli Xәbәrlәr