Malidəki qarşıdurmalarda 17 nəfər həlak oldu

Malinin mərkəzi bölgəsi Mopti sərhədləri daxilində Dozos ovçu qrupu ilə Fulani qəbiləsi arasında çıxan qarşıdurmada 17 nəfər həlak oldu.

1021334
Malidəki qarşıdurmalarda 17 nəfər həlak oldu

Mali yerli  mətbuatının yaydığı xəbərə görə, Djenne şəhəri yaxınlığındakı Somena şəhərində Dozos ovçu qrupu ilə Fulani etnik qrupu arasında qarşıdurma çıxıb.
 
Qarşıdurmada Fulani qəbiləsindən 17 nəfər həlak olub.
 
 Ölkədə sabah keçiriləcək prezident seçkiləri ərəfəsində xalq arasında təzyiqin yüksək olduğu bildirilir.
 
 Müxalifət liderlərindən Soumaila Cisse də həftə içində Malinin şimalındakı Tumbuktu şəhərində seçki kampaniyası zamanı hücuma məruz qalmışdı.
 
 



Әlaqәli Xәbәrlәr