Yunanıstanda aksiyalar davam  edir

Yunanıstanın müxtəlif şəhərlərində minlərlə insan Makedoniya ilə davam edən dövlət adı problemi ilə bağlı aksiya keçiriblər.

987656
Yunanıstanda aksiyalar davam  edir

Məlumata görə ən hərarətli nümayişə İsgəndərin doğulduğu şəhər olan Yunanıstanın şimalındakı Pella qəsəbəsi ev sahibliyi edib. Askiyalar zamanı bayraqlar qaldıran yunanıstanlı nümayişçilər “Makedoniya Yunandır”, deyə şüarlar səsləndiriblər. Bənzər aksiyalar Yunanıstanın şimalında yerləşən Makedoniya bölgəsində də təkşil edilib.

Qeyd edək ki, 1991-ci ildə müstəqilliyini elan edən Makedoniya qonşusu Yunanıstan ilə dövlət adı mövzusunda böhranı həll edə bilmədiyi üçün bu günə qədər nə Avropa İttifaqına, nə də ki NATO-ya üzv ola bilib.

 

 



Әlaqәli Xәbәrlәr