Putindən avstriyalı aparıcıya reaksiya

Rusiya prezidenti Vladimir Putin Avstriyanın ORF televiziyasına müsahibə verərkən sözünü kəsən aparıcıya rekasiya göstərdi.

986563
Putindən avstriyalı aparıcıya reaksiya

Rusiya prezidenti Vladimir Putin Avstriya səfərindən əvvəl ORF televiziya kanalına müsahibə verdi.

Putin Ukraynanın şərqində vurulan Malayziya təyyarəsi, Suriya və Şimali Koreya kimi bir sıra mövzuda açıqlamalar verdi.

2014-cü ildə təyyarənin vurulması ilə bağlı verilən sualı cavablandıran Putin aparıcının  sözünü kəsməsinə reaksiya göstərdi.

Putin: "Cavablarımı bəyənmirsinizsə, mənə sual verməyin. Lakin dilə gətirdiyim mövzularla bağlı fikrimi bilmək istəyirsinizsə, səbirli olmalısınız, cavabımı bitirməliyəm" dedi.

Avstriyalı aparıcı Krımla əlaqədar verilən suala cavabına müdaxilə edincə Rusiyanın dövlət başçısı yenə reaksiya göstərdi.

Putin: " İcazə verin danışım, yoxsa bu, müsahibə deyil, sizin monoloqunuz olacaq" dedi.

Aparıcının növbəti dəfə sözünü kəsməsinə Putin alman dilində: "Nəzakətli olun və zəhmət olmasa, cavab verməmə imkan verin" deyə reaksiya göstərdi.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Sovet İtifaqı dövründə KQB-nin əməkdaşı kimi Şərqi Almaniyada işləyib.

 



Әlaqәli Xәbәrlәr