Boko Haramın girov götürdüyü 148 nәfәr azad edildi

Bu barәdә yerli media orqanları mәlumat yayıb.

985811
Boko Haramın girov götürdüyü 148 nәfәr azad edildi

Nigeriyanın Bama şәhәrindә terror tәşkilatı Boko Haramın girov götürdüyü 148 nәfәr azad edildi.

Bu barәdә yerli media orqanları mәlumat yayıb. Mәlumatda Bama şәhәrindә terror tәşkilatı Boko Harama qarşı әmәliyyatın keçirildiyi bildirilib.

21 hәrbçinin iştirak etdiyi әmәliyyat nәticәsindә  58-i qadın, 15-i kişi vә 75-i uşaq olmaqla 148 girovun azad edildiyi vurğulanıb.

Qeyd edәk ki, Nigeriyada baş verәn terror aktları vә toqquşmalar sәbәbindәn yüz minlәrlә adam ölkәdәn getmәk mәcburiyyәtindәn qalır.



Әlaqәli Xәbәrlәr