Kabildə partlayış nəticəsində 63 nəfər ölüb, 151 nəfər yaralanıb

Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat verib.

898419
Kabildə partlayış nəticəsində 63 nəfər ölüb, 151 nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində 63 nəfər ölüb, 151 nəfər yaralanıb.

Partlayış səfirliklər və inzibati binaların yerləşdiyi bölgədə baş verib.

Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, partlayışı minalanmış təcili yardım maşını vasitəsilə terrorçu-kamikadze törədib.

Bu arada partlayış nəticəsində xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.       

“Taliban” hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. 



Әlaqәli Xәbәrlәr