DAEŞ Əfqanıstanda oğlan məktəbini yandırdı

Terror təşkilatı DAEŞ Əfqanıstanın şimalındakı Cüzcan vilayətinin Quştəpə rayonunda bir məktəbi atəşə tutub.

822495
DAEŞ Əfqanıstanda oğlan məktəbini yandırdı

   Cüzcan Polis Məntəqəsinin rəisi Fakir Muhammad DAEŞ terrorçularının Quştəpəyə hücum etdiyini və bölgədəki oğlan məktəbini yandırdığını bildirib: “Quştəpədə terrorçularla təhlükəsizlik qüvvələri arasında qarşıdurma təxminən bir həftədir davam edir. Terrorçular Quştəpənin Qarden bölgəsini ələ keçirdikdən sonra 2 vətəndaşı da dövlətə dəstək verdiyi üçün öldürüb. Regionda ən qısa zamanda əməliyyata başlanılacaq”.



Әlaqәli Xәbәrlәr