Myanma hökumətinə çağırış edilib

Beynəlxalq 18 yardım təşkilatı Myanma hökumətinə çağırış edib ki, insanı dramın yaşandığı Arakan əyalətinə hümanitar yardımların çatdırılmasına icazə verilsin.

816553
Myanma hökumətinə çağırış edilib

Aralarında Save the Children (Uşaqları Xilas Edin Fondu) və beynəlxalq yoxsulluqla mübarizə təşkilatı Oxfamın da olduğu 18 humanitar yardım təşkilatından yayılan birgə bəyanatda: “25 Avqustda ordu və radikal Buddistlərin hücumları başladıqdan sonra Arakandakı vətəndaşlara hümanitar yardım çatdırılmasına maneə tövrədilir. Onsuzda böhran əvvəl də qeyri-kafi qidalanma problemləri və müalicə imkansızlıqlarıyla qarşılaşan uşaqlar, hamilələr, əmizdirən analar, qocalar və əlillər kimi müdafiəsiz insanlar başda olmaqla, Arakanda cərəyan edən hadisələrdən ən çox məsum insanların təsirlənir. Bu vəziyyətə biganə qalmaq olmaz. Beynəlxalq hümanitar yardım təşkilatları Arakanda möhtac olan bütün insanlara yardım təmin etməkdə hazırdır. Myanma hökumətinə və rəsmilərə çağırış edirik ki, Arakandakı ehtiyac sahiblərinə hümanitar yardım çatdırılması mövzusunda lazımlı addımların atılmasına maneə törədilməməsi üçün tədbirlər görsünlər. Myanma hökuməti ancaq Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstək verdiyi Myanma Qızıl Xaçı vasitəsilə Arakana yardımların çatdırılmasına icazə verir. Lakin bu qənaət bəxş deyil, təcili tədbirlər görülməlidir” deyə beynəlxalq təşkilatlar vurğulayıblar.

 



Әlaqәli Xәbәrlәr