İndoneziyada etiraz aksiyası keçirilib

İndoneziyanın paytaxtı Cakartada yerlәşәn Myanma sәfirliyinin qarşısında vә Bundaran Hi meydanında toplanan minlәrlә indoneziyalı Arakan müsәlmanlarına qarşı törәdilәn qәtliama reaksiya göstәrib.

802460

Myanma əleyhinə şüarlar sәslәndirәn nümayişçilәr  hökumətdən Myanmanın İndoneziyadakı  Səfirini deportasiya etməsini tələb edib.

Etiraz aksiyasına qatılan İrfan Maftuf Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın Arakan müsәlmanlarının mәruz qaldığı qәtliamla bağlı açıqlamalarını xatırladaraq Arakandakı zülmә qarşı olan mövqeyinә görә Rәcәb Tayyib Әrdoğana tәşәkkür edib.

Etiraz aksiyası sәbәbindәn paytaxt  yollarında nәqliyyatın hәrәkәti mәhdudlaşdırılıb.

Әlaqәli Xәbәrlәr