Suriyada ölən sadə vətəndaşların sayını açıqlandı

Suriya İnsan Haqqları Şəbəkəsi (SNHR) bu ilin ilk yarısında Suriya hökumətinin təşkil etdiyi 4252 barrel bombalı hücumda 41-i uşaq, 20-si qadın olmaqla 94 vətəndaşın həyatını itirdiyini məlumat verib.

767427
Suriyada ölən sadə vətəndaşların sayını açıqlandı

  Hesabata görə, bombalar ən çox ölkənin cənubunda müxaliflərin idarəsindəki Dera bölgəsin tökülüb. Atılan 2031 barrel bombası 15-i uşaq, 12-i qadın olmaqla 42 vətəndaşın ölümünə səbəb olub.

  İkinci ən çox bomba hücumu paytaxt Dəməşqin çöl hissəsinə olub. Atılan 856 bomba hücumlarda aralarında 4 uşaq və 2 qadın olan 8 nəfər həyatını itirib. Dəməşq çöllərindən sonra bombalar daha çox Hama, Hələb, Humus, İdlib, Rakka və Kuneytra bölgələrinə yağdırılb.

  Barrel bombalı hücumlarda 4 məscid, 4 səhiyyə mərkəzi, 2 mülki müdafiə (Ağ Baretliler) mərkəzi və 1 bazar tamamilə yerlə-yeksan olub.

  Hesabata görə, 2015-ci ildə 17 min 318 barrel bombası atılıb, 499-u uşaq, 338-i qadın olmaqla 2032, 2016-cı ildə isə 166-sı uşaq, 86-sı qadın olmaqla 653 vətəndaş 12 min 958 barrel bombasının qurbanı olub.



Әlaqәli Xәbәrlәr