Astana danışıqları təxirə salındı

Qazaxıstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anuar Jaynakov 12-13 iyun tarixlərində keçirilməsi planlaşdırılan Astana danışıqlarının təxirə salındığını bildirdi.

748572

Jaynakov Astanada 5-ci dəfə keçiriləcək danışıqlar barəsində:" Zamin ölkələr Qazaxıstanda ortaq şəkildə müəyyənləşdirilən tarixlər, görüşlərin hansı səviyyədə aparılacağı, qatılacaq heyətlər, danışıqların gündəmi ilə əlaqədar məlumat verəcəklər. Qarşıdakı günlərdə və həftələrdə Rusiya,Türkiyə və İran paytaxtlarında Suriyada təhlükəsiz bölgələri, atəşkəsin gücləndirilməsi və digər məsələlərlə bağlı ekspertlər səviyyəsində görüşlər keçirəcəklər" dedi.

Әlaqәli Xәbәrlәr