Hindistanda divarın uçması nəticəsində 24 nəfər ölüb

Hindistanda nikah mərasimi zamanı divarın uçması nəticəsində azı 24 nəfər ölüb, 26-dək  insan yaralanıb.

730033
Hindistanda divarın uçması nəticəsində 24 nəfər ölüb

Məlumata görə, hadisə Racastan ştatının Bxaratpur rayonunda baş verib. Məclis iştirakçıları mərasim zamanı başlayan toz qasırğasından qorunmaq üçün talvarın altına yığışıb. Bu zaman talvara bitişik uzunluğu  32,  hündürlüyü  isə  3,5  metr  olan  divar insanların üstünə düşüb.

 Ölənlər arasında 8 qadın və 4 uşaq var. 



Әlaqәli Xәbәrlәr