Fransada Emmanuel Macron qalib gəldi

Fransada keçirilən prezident seçkilərinin ikinci turunda rəsmi olmayan nəticələrə görə “İrəli” hərəkatının lideri Macron səslərin 65 faizini götürüb.

727445
Fransada Emmanuel Macron qalib gəldi

Fransada keçirilən prezident seçkilərinin ikinci turunda rəsmi olmayan nəticələrə görə “İrəli” hərəkatının lideri Macron səslərin 65 faizini götürüb.

Rəqibi ifrat sağçı lider Marine Le Penin götürdüyü səs nisbəti isə 35-də qalıb.

Məğlub olduğunu qəbul edən Le Pen Macrona zəng edərək təbrik edib.

Zəfərini qeyd etmək üçün çıxış edən Macron da ona səs verənlərə təşəkkür edib və bütün Fransa üçün çalışacağını deyib.

Macron Fransanı yenidən birləşdirəcəyini vurğulayaraq, ölkəsini bölən hər şeyə qarşı mübarizə aparacağını söyləyib.

Fransızların öz ölkələrilə Avropa İttifaqı arasında əlaqələri inkişaf etdirmələrinin əhəmiyyətinə də toxunan Macron  terrorla mübarizə üçün də cəhd göstərəcəyini qeyd edib.

Emmanuel Macron Fransanın yeni tarixində ən böyük səs üstünlüyü ilə qalib gəlmiş prezident olacaq. O həm də Fransanın tarixində ən gənc dövlət başçısıdır.

Qeyd edək ki, rəsmi nəticələr Fransa Konstitusiya Şurası tərəfindən mayın 10-da elan ediləcək. Yeni prəzidəntin vəzifəni mayın 14-də Hollanddan təhvil alacağı gözlənilir.

Bu arada Fransa prezidenti və baş naziri Macronu əldə etdiyi qalibiyyətə Macronu görə təbrik ediblər.



Әlaqәli Xәbәrlәr