Almaniya Kansleri Angela Merkeldən şok etiraf

Almaniya Kansleri Angela Merkelə görə terrorizmdən və Suriyada cərəyan edən hadisələrdə ən çox təsirlənən ölkə Türkiyədir.

631656
Almaniya Kansleri Angela Merkeldən şok etiraf

Kansler Merkelə görə Suriyanın Hələb şəhərində yaşanan dram BMT, Təhlükəsizlik Şurasının uğursuz siyasətinin məhsuludur.

Almaniya kansleri Angela Merkel, Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı Liderlər Zirvə toplantısına qatıldıqdan sonra verdiyi açıqlamada: “Yığıncaqda Türkiyə ilə Aİ arasındakı əlaqələr mövzusu ilə bağlı ətraflı fikir mübadiləsi olub. Türkiyənin 3 milyon qaçqını qəbul edərək böyük bir məsuliyyət öhdəsinə götürdüyünü, baxmayaraq yenə də hümanitar yardım uğrunda lazımlı səyi göstərməkdə imtina etmir” deyib.

Türkiyənin Aİ-na tam hüquqlu üzvlük prosesində mövcud vəziyyətdə yeni bir mövzunun müzakirəyə çıxarılmayacağını, ancaq cərəyan edən hadisələr ilə əlaqədar dialoğun davam edəcəyini ifadə edən Mərkəl, “Türkiyə terrorizmdən təsirlənir. Yəni həm terror təşkilatı PKK-dan həm də DEAŞ-dan. Həmçinin arzu edilməyən hadisələrə səhnə olan Suriyanın qonşusudur. Hələbin Türkiyənin sərhədinə nə qədər yaxın məsafədə yerləşdiyinə baxıldıqda bunun nə məna verdiyi başa düşülür. Türkiyə 3 milyon Suriyalı qaçqını qəbul edərək böyük bir məsuliyyətə imza atdı. Hələ də humanitar yardımdan imtina etmir. Hələb şəhərindən evakuasiya edilənlər üçün təcili yardıma zərurət var. Buna görə mövzu ilə əlaqəli prezident Rəcəb Tayyib Ərdoğan ilə danışıqlarımız olur. Suriyada məsum insanların ölümündən rejimlə yanaşı ona dəstək verən Rusiya və İran da məsuldular. Cinayətkarlar cəzalandırılmalıdır” deyə Merkel vurğulayıb.

 

 



Әlaqәli Xәbәrlәr