Almaniyada bir cəsus tutuldu

Almaniyada radikal fikirli, konstitusiya əleyhdarlarını izləməklə məsul, Konstitusiyanı Qoruma İdarəsinin (BfV) 51 yaşlı alman əməkdaşı radikal terrorçu qruplara məlumat sızdırdığı iddiası ilə nəzarətə alınıb.

620279
Almaniyada bir cəsus tutuldu

  Ölkənin “Die Welt” və “Der Spiegel” mətbuat orqanları mərkəzi Köln şəhərində olan Konstitusiyanı Qoruma İdarəsinin məlumatına əsasən verdikləri xəbərlərdə yazırlar:

  “Sözü gedən adamın internet üzərindən saxta adlardan istifadə edərək radikal qruplara idarənin əməliyyatları haqqında məlumat ötürdüyü aşkarlanıb. Hətta o, internet çatlarında radikal qruplara Konstitusiyanı Qoruma İdarəsinə belə bombalı hücum təşkili təklifini edib.

  Vəzifəsindən azad edilən və nəzarətdə olan şübhəli həbs tələbiylə məhkəməyə sövq olunacaq.”



Әlaqәli Xәbәrlәr